"İşğal dövründə donuzçuluq üçün istifadə olunub" - Yenidən qurulan Ağdam İmarət Kompleksi

İşğal dövründə donuzçuluq üçün istifadə olunub - Yenidən qurulan Ağdam İmarət Kompleksi
Video
Digər 13

"Hər birimizə məlumdur ki, torpaqlarımız işğal altında olanda tarixi memarlıq abidələrimiz düşmən vandalizmi nəticəsində dağıdılmışdır. Həmin abidələrdən biri də Pənahəli xanın inşa etdirdiyi Ağdam İmarət Kompleksi olmuşdur. Kompleks vandalizm nəticəsində dağıdılmış və hətta donuzçuluq təsərrüfatı kimi istifadə olunmuşdur".

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bunu Ağdam İmarət Kompleksinin şöbə müdiri Aynurə Cəfərova jurnalistlərə açıqlamasında bildirib.

"Məlum olduğu kimi, işğaldan azad olunduqdan sonra cənab Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində torpaqlarımız yenidən bərpa olunmuşdur. Eyni zamanda İmarət Kompleksi də əvvəlki tarixi simasına qaytarılmışdır. Burada hətta tarixi binalarda yeni nanotexnologiyalar qurulmuşdur. Bu texnologiyalar sayəsində həm xarici qonaqlar, həm də yerli sakinlər üçün hər cür şərait yaradılmışdır", - deyə o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər