İran XİN: "İsrailin hücumuna cavab verməsəydik, gələcək üçün təhlükəli olacaqdı"
Yeniliklərdən dərhal xəbərdar olun
"İsraillə 12 günlük müharibə dövründə Tehranın cavab verməkdən başqa yolu qalmamışdı".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Həmədandakı Buəli Sina Universitetində çıxışı zamanı deyib.
Əraqçının sözlərinə görə, əgər hücum edən tərəf nəticə əldə edə bilsəydi, bu, gələcəkdə təhlükəli vəziyyət yarada bilərdi. O qeyd edib ki, İran ona qarşı hərbi hücumun heç bir nəticə verməyəcəyini sübut etməli idi.
Nazir vurğulayıb ki, təhlükələri yayındırmaq yalnız hərbi sahə ilə məhdudlaşmamalıdır.
"Bu güc sosial, iqtisadi və diplomatik sahələrdə də mövcud olmalıdır", - o qeyd edib.
Əraqçı çıxışında, habelə, müharibə zamanı xalqın düşmən qarşısında tam birlik və həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...