İnternet yaddaşımızı zəiflədir? Alimlər "Google effekti"ni araşdırıb

İnternet yaddaşımızı zəiflədir? Alimlər Google effektini araşdırıb
Digər 22

İnternetdən məlumatı dərhal əldə etmək imkanının insan yaddaşına təsir etdiyi müəyyənləşdirilib. Alimlər bu vəziyyəti "Google effekti" adlandırırlar.

BAKU.WS xəbər verir ki, araşdırmalara əsasən, insanlar məlumatın sonradan internetdə asanlıqla tapılacağını bildikdə onun özünü yadda saxlamaqdansa, həmin məlumatı haradan əldə edə biləcəklərini xatırlamağa meylli olurlar.

Təcrübələr zamanı məlumatın kompüterdə saxlanılacağı deyilən iştirakçıların faktları daha zəif xatırladığı, lakin məlumatın harada saxlandığını daha yaxşı yadda saxladığı müəyyən edilib.

Alimlərin fikrincə, internetdən intensiv istifadə beynin məlumatla bağlı yaddaş strategiyasını dəyişə bilər. Lakin bu, smartfon və axtarış sistemlərinin yaddaşı mütləq şəkildə zəiflətdiyi anlamına gəlmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər