"Instagram" son 2 ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

Instagram son 2 ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib
Digər 35

Ötən ay Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un payı 28,88 % təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, dekabr ayına nisbətən 11,41 faiz bəndi, 2025-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,06 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 6,01 faiz bəndi azalaraq, il ərzində isə 9,24 faiz bəndi artaraq 22,62 % təşkil edib.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 14,93 faiz bəndi, illik isə 14,92 faiz bəndi azalaraq 21,11 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 54 % təşkil edib).

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,21 faiz bəndi artaraq, illik müqayisədə isə 5,15 faiz bəndi azalaraq 10,99 % təşkil edib.

İlk beşliyi 6,96 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,95 faiz bəndi, illik müqayisədə isə 1,91 faiz bəndi artıb.

Son xəbərlər