"Instagram" istifadəçilərinin NƏZƏRİNƏ - Dünəndən bəri...
"Instagram" istifadəçiləri Reels-ə baxarkən onlara şok məzmunun göstərilməsindən şikayətlənirlər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə ölüm, qətl, azğın hərəkətlər və hətta işgəncə görüntüləri olan videolar nümayiş etdirilir.
Şikayətlər bir neçə saat əvvəl gəlməyə başlayıb. Bir media orqanı bir neçə videonu yoxlayıb və məlum olub ki, 10 videodan səkkizində potensial uyğunsuz məzmunla bağlı xəbərdarlıq var.
Bununla belə, hətta bu cür xəbərdarlıqlar olmayan videoda qorxunc səhnələr ola bilər. Hazırda "Meta" bununla bağlı heç bir rəsmi açıqlama yaymayıb.
Oxşar xəbərlər
Tanınmış jurnalistə yeni vəzifə verildi
"Azad Azərbaycan" televiziyasında (ATV) yeni kadr təyinatı olub. BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, jurnalist Zakirə Zakirqızı televiziyanın baş redakt...