İnsanlıq üçün CİDDİ TƏHLÜKƏ - 1700 qədim virus ştammı aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Himalay buzlaqlarında tapılan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında əriyib, bəşəriyyət üçün potensial təhlükə yarada bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Himalay dağlarında Tibet yaylasında yerləşən Quliya buzlaqında aparılan tədqiqatlarda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkar edilib.
Bu virusların təxminən 41 min ildir donmuş torpaqda qaldığı müəyyən olunub. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq elm aləmində müzakirə olunmağa başlayıb.
Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Bu araşdırma virusların keçmiş iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair mühüm məlumatlar verir.
Mütəxəssislər bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən yaranmasından daha çox yeni virusların təkamülünün baş verə biləcəyindən narahatdırlar.
Oxşar xəbərlər
Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb
Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidant xüsusiyyətli bitki birləşmələri sayəsində qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə b...