İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ

Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi ürək-damar problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Xüsusilə, yüksək və aşağı qan təzyiqi, ürək çatışmazlığı və ürək ritm pozğunluqları olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, həkim-terapevtlər bildirirlər ki, gün ərzində temperaturun kəskin enib-qalxması damarların daralıb-genişlənməsinə təsir edir və bu, qan təzyiqinin qeyri-sabit olmasına səbəb ola bilər. Eyni zamanda yazda polen və tozların artması tənəffüs yollarına təsir edə bilər. Bu isə qan dövranını çətinləşdirərək ürəyin yükünü artırır.
Həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər yaz fəsli daxil olmamışdan qabaq profilaktik müalicəyə üz tutmalıdırlar.
O, əlavə edib ki, temperatur artdıqca bədəndə maye itkisi artır. Bu, həm yüksək, həm də aşağı təzyiq problemi olan insanlara mənfi təsir edə bilər.
Oxşar xəbərlər
Bu şəxslərə mineral su içmək olmaz
Piroqov Universitetinin farmakologiya kafedrasının assistenti, tibb kimyası və toksikologiyası şöbəsinin kiçik elmi əməkdaşı Denis Borozdenko mineral suların tə...