İnsan bədənində ziyillər hansı təhlükələrə yol açır? - Həkimlərdən AÇIQLAMA

İnsan bədənində ziyillər hansı təhlükələrə yol açır? - Həkimlərdən AÇIQLAMA
Video
Digər 103

"Qurbağaya toxunma - əlinə ziyil çıxar". Bu, uşaqlıqdan çoxumuzun eşitdiyi ifadədir. Qurbağaların bununla heç bir əlaqəsi olmasa da, ziyillər tez-tez rast gəldiyimiz haldır.

Ziyillər insan papilloma virusları olaraq bilinən müəyyən bir virus qrupundan qaynaqlanan xoşxassəli dəri meydana gəlmələridir. Əksər insanlar ziyillərdən çox vaxt iplə bağlama və ya müxtəlif maddələrlə yandırma kimi metodlarla azad olmağa çalışırlar.

Həkimlər isə bu müdaxilələrin ciddi fəsadlara yol aça biləcəyini deyirlər. Həkim Abbas Bağırovun sözlərinə görə, papilloma viruslarının bir neçə tipi var. Onların bəziləri riskli sayıldığı üçün müalicəsi həkim-kosmetoloq, dermatoloq və ya onkoloq tərəfindən aparılmalıdır.

Dəri həkimi Nizami Novruzlu isə bildirib ki, ziyillərin müalicəsində xüsusi dərmandan istifadə edilmir:

"Krioterapiya - maye azotla dondurulma proseduru edilir. Bəzi hallarda isə lazer vasitəsilə yandırılır. İp bağlama, yaxud müxtəlif maddələrlə yandırma kimi üsullar isə ağırlaşmalara səbəb ola bilər".

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Son xəbərlər