İnsan ağciyər hüceyrələrindən dərman daşıya bilən mikrorobotlar yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər insan ağciyər hüceyrələrindən mikrorobotlar yaradıblar.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Karnegi-Mellon Universitetinin Rena laboratoriyasının mütəxəssisləri AggreBots adlanan yeni tip bioloji robotlar hazırlayıb. Onlar gələcəkdə orqanizm daxilində hərəkət edərək dərmanların çatdırılmasında və digər tibbi tapşırıqların icrasında istifadə oluna bilər.
Əvvəlki biobotlar hərəkət üçün əzələyə bənzər liflərdən istifadə edirdisə, bu dəfə alimlər hüceyrələrdəki xırda tüklərdən – resinçiklərdən yararlanıblar. Onların hərəkəti xüsusi idarəetmə üsulu ilə tənzimlənir.
AggreBots tamamilə bioloji, bio-parçalanan və insan orqanizmi ilə uyğun robotlar hesab olunur.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...