İngiltərənin görünməyən tərəfi

İngiltərənin görünməyən tərəfi
Araşdırma
Digər 52

İngiltərə hazırda dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bəs yüz illər bundan əvvəlki Ingiltərə necə idi?

BAKU.WS köhnə İngiltərə ilə bağlı maraqlı faktları diqqətinizə çatdırır.

1)1500-cü illərdə İngiltərədə əksəriyyət iyun ayında evlənirdi və illik hamamlarını mayda qəbul edirdilər. Bu da iyunda pis qoxu gəlməməyini önləyirdi. İy gələn zaman isə qadınlar əllərində gül dəstələri ilə pis qoxunun qarşısını almağa çalışırdılar.

2)İngilislər duşu hamamların içərisinə isti su ilə doldurulmuş böyük çəlləklərdə alırmışlar. Ancaq bu prosses də bir o qədər ürək açan deyildi. Çünki yalnız evin kişisi təmiz suda çimmək imtiyazına sahib idi. Ondan sonra oğulları, digər kişilər, daha sonra qadınlar, uşaqlar və ən nəhayət bütün körpələr eyni suda yuyulurdu. Bu müddət ərzində su o qədər çirklənirdi ki, içində nəyisə itirə bilərdilər.

3)Evlərin dam örtüyü üst-üstə yığılmış qamışlardan ibarət idi. Qamışların altında taxta yox idi. Bu da pişiklər, itlər və digər kiçik heyvanların (siçanlar, həşəratlar) damda yaşamalarına səbəb olurdu. Çünki heyvanların isinə biləcəyi yeganə yer burası idi.. Yağış yağanda dam sürüşkən olur və bəzən heyvanlar damdan aşağı sürüşürdü. Bu da həşərat və buna bənzər heyvanların yatağa düşməsinə səbəb olurdu. Buna görə də İngiltərədə üstü örtük olan yataqlar yaradılmışdı.

4)Döşəmə torpaqdan olurdu. Yalnız varlı insanların döşəmələri taxta olurdu. Bunlar da qışda islananda sürüşkən olurdular. Bunun qarşısını almaq üçün yerə saman çöpü qoyurdular. Qış boyu bu "saman prosesi" davam edirdi. Bu da qapı açılanda ətrafın saman olmasına səbəb olurdu. Bunun qarşısını almaq üçün qapının altına "Tresh tut" adı olan taxta parçası qoyulurdu.

5)Yeməyi həmişə tonqalın üstündən asılmış böyük bir qazanda bişirirdilər. Hər gün od yanırdı və qazana qidalar əlavə olunurdu. Çox vaxt tərəvəz yeyilirdi, çünki ət tapılmırdı. Axşamdan qalan yemək qazanda qalırsa, ertəsi gün yenidən qızdırılıb yeyilirdi. Bəzən bu qidalar qazanda çox uzun müddət qalırdı. Donuz əti tapanlar çox xoşbəxt olurdular. Kimsə evə donuz əti gətirirdisə, bu, var-dövlət əlaməti idi. Və bu ətdən bir parça kəsib oturub qonaqlarıla bölüşürdülər.

6)Pulu olanlar qalay və qurğuşun ərintisi olan boşqablar ala bilirdilər. Yüksək turşulu qidalar qurğuşunun əriməsinə və qida ilə qarışmasına səbəb olurdu. Bu da qida zəhərlənməsinə və ölümə səbəb olurdu. Hətta pomidor tez-tez zəhərlənməyə səbəb olduğu üçün 400 il bu tərəvəzin zəhərli olduğu düşünülürdü.

7)Çox adamlarda qalay və qurğuşun ərintisi olan boşqablar yox idi. Əvəzində taxta plitələrdən istifadə edirdilər. Bu taxta boşqablar isə bayat çörəkdən hazırlanırdı. Çörək o qədər bayat və sərt olurdu ki, uzun müddət istifadə oluna bilərdi. Bu "boşqablar" heç vaxt yuyulmurdular və içlərində qurdlar, kif olurud. Bu kifli boşqablarda yeyən insanların ağzında "Trench Mouth" (Trench Mouth) xəstəliyi ortaya çıxırdı.

Çörəkdən boşqablar imtiyazlara görə bölüşdürülürdü: Fəhlələr yanmış alt qabığı, ailə ortasını, qonaqlar isə üst qabığda yeyərdi.

8)Pivə və viski içmək üçün güllə fincanları istifadə olunub. Bu birləşmə bəzən insanları bir neçə gün bihuş edirdi. Hətta ətrafdakılar həmin şəxsin öldüklərini zənn edib, dəfn etməyə hazırlaşırdılar. Bəzən də həmin şəxsi bir neçə gün mətbəx stoluna qoyub, ətrafına yığılıb oyanıb-oyanmayacağını yoxlayırdılar. Buna "oyanmaq" saatı deyilir..

9)İngiltərə köhnə və kiçik yer idi, insanlar ölüləri basdırmağa yer tapmırdı. Bunun üçün köhnə qəbirləri qazıb, tabutları çıxardıb, sümükləri "sümük evinə" aparıb, qəbri yenidən istifadə edirlər. Bəzən insanları bilmədən diri-diri basdırırdılar. Buna çarə olaraq meyitlərin biləklərinə ip bağlayıb bu ipi tabutdan çıxarıb zınqrova bağlayırdılar. Seçilən bir şəxs bütün gecəni qəbiristanlıqda oturub zəngin çalıb çalmayacğına nəzər yetirərdi. Buna "qəbiristanlıq saatı" deyilirdi.

10)Orta əsrlər dövründə Avropada rahibələrin üz və əllərindən başqa yerlərini yuması qəti qadağan edilib. Hətta Kastiliya kraliçası İzabella 50 ildən çox davam edən həyatında iki dəfə çimib.

11)Avropada küçələrdə tualet ehtiyacları boşaldılması normal hal idi. Hətta Fransa krallarından 14-ü. Luis gününün bir hissəsini tualetdə oturaraq keçirir, dövlət işini də burdan aparardı..

Nəinki İlgiltərədə, hətta Avropada da bu kimi hallar həmin dövrlərdə müşahidə edilirdi. Mədəniyyəti Şərqdən öyrənən Avropanın bu cür müasir hala gəlməsi isə maraq doğurur...

Şahanə Xankişiyeva

Son xəbərlər