Dəniz kənarının yeni incisi: "PAŞA Real Estate" yeni "Crescent Residences" layihəsini təqdim edib

Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni Crescent Residences layihəsini təqdim edib
Foto Video
Promo 523

PAŞA Real Estate Qrupu, Bakı şəhərində müasir yaşayış tərzinə yeni bir nəfəs gətirən nüfuzlu "Crescent Residences" kompleksini təqdim edir.

Bakının mərkəzində yerləşən "Crescent Residences" müasirlik və mükəmməllik simvoluna çevrilib. Xəzər dənizi, "Crescent Bay" və şəhərə açılan möhtəşəm mənzərəni təklif edən bu layihə yaşayış, ticarət və əyləncə sahələrini bir araya gətirir.

"Bu gün biz böyük məmnuniyyətlə Bakının siluetinin yeni elementi, Crescent Residences layihəsini təqdim edirik. Bu layihə memari gözəllik, mükəmməl şərait və unikal yerləşmə ilə yanaşı, lüks yaşayış tərzini yeni səviyyəyə gətirir" deyə "PASHA Real Estate" Qrupunun Baş İcraçı Direktoru Ozgur Geter bildirib.

"Crescent Residences" və ümumilikdə "Crescent Development" kompleksinin əsas üstünlüklərinə aşağıdakılar daxildir:

- Dəniz kənarında yerləşən mənzillər və eksklüziv dupleks evlərinin geniş seçimi.

- Gələcəkdə nüfuzlu 5 ulduzlu hotel və yaşayış sahələrlə birləşmə

- Optimal funksionallıq və rahatlıq üçün nəzərdə tutulmuş premium ofis sahələri

- Alış-veriş, ziyafət və əyləncənin canlı mərkəzi olan yeni Crescent Mall

"PAŞA İnşaat" tərəfindən inşa edilmiş "Crescent Residences" kompleksinin dizaynı tanınmış "DSA Architects International" şirkətinə məxsusdur. Bu kompleks şəhərsalma sahəsində yeni standartları təqdim edərək innovativ və dayanıqlı memarlıq prinsiplərinin bariz nümunəsidir.

https://youtu.be/91fOd_VVY3g

"Crescent Residences" sakinləri qapalı hovuz, SPA və sağlamlıq mərkəzi və müasir idman zalı daxil olmaqla dünya səviyyəli imkanlardan yararlana biləcəklər. Əlavə üstünlüklər arasında isə yeraltı avtodayanacaq, resepşn, konsyerj və etibarlı təhlükəsizlik xidməti də mövcuddur.

Kompleksdə 5 yataq otağına qədər planlama və sahəsi 89-dan - 375 kvadrat metrə qədər olan mənzillər təklif edilir. "Crescent Residences"dəki lüks yaşayış sahələri bütün gələcək sakinlərin zövqlərinə xitab edəcək tərzdə dizayn edilib.

Mükəmməllik prinsiplərinə sadiq qalaraq, PAŞA Real Estate daşınmaz əmlakın idarə edilməsi təcrübələrini innovativ həllər və beynəlxalq təcrübə əsasında davamlı şəkildə təkmilləşdirməyi hədəfləyir.

Bu layihə alıcılar arasında artıq böyük marağa səbəb olub. Bu isə Bakının inkişaf edən daşınmaz əmlak bazarında dəniz kənarında yerləşən əmlaklara dair tələbatın yüksək olmasını əks etdirir. Statistik məlumatlara əsasən, son on ildə bu ərazidə yerləşən əmlakın qiymətləri 65% artıb, bu da alıcılara sərfəli yatırım imkanlarını vəd edir.

"Crescent Residences" haqqında daha ətraflı məlumat almaq və yaxud layihə ilə xüsusi tur zamanı əyani tanış olmaq üçün www.crescentresidences.az saytına daxil olub və ya *2024 nömrəsinə zəng edib satış ofisi ilə əlaqə saxlaya bilərsiniz. Onu da qeyd edək ki, satış ofisi Neftçilər prospekti 153, Port Baku Mall ünvanında yerləşir.

PAŞA Real Estate Qrup haqqında:

PAŞA Holdinq-in aparıcı törəmə müəssisəsi olan PAŞA Real Estate Qrup Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan və Monteneqroda geniş iş fəaliyyəti ilə tanınır. Şirkət keyfiyyət və davamlılıq sahəsində yeni standartlar müəyyən edən innovativ layihələr sayəsində şəhər həyatını daha da zəngiləşdirmək prinsipinə sadiqdir. Əmlak aktivlərinin dəyərini maksimal dərəcəyə çatdırmağı və müştəri məmnuniyyəti səviyyəsini yüksəltməyi hədəfləyən PAŞA Real Estate Qrup daşınmaz əmlakın idarə edilməsi sektorunda inqilabi dəyişikliklər və üstün investisiya gəlirlərini təmin etməyi özünə məqsəd qoyub.

Son xəbərlər