İlk görüşdə hesabı kim ödəməlidir? - Psixoloqdan CAVAB
Görüş zamanı hesabı adətən görüşə dəvət edən tərəf ödəməlidir.
BAKU.WS xəbər verir ki, bu barədə psixologiya üzrə mütəxəssis Psixoloq Dmitri Yaqudin bildirib.
Onun sözlərinə görə, əgər tərəflər əvvəlcədən xüsusi dəvət olmadan qarşılıqlı razılıq əsasında görüşüblərsə, hər kəs öz xərclərini özü ödəyə bilər. Bununla yanaşı, kişinin hesabı ödəməsi diqqət və nəzakət jesti kimi qiymətləndirilə bilər.
Mütəxəssis qeyd edib ki, görüş yerinə taksi ilə gəlmə xərcləri də adətən hər kəs tərəfindən ayrıca qarşılanır:
"Lakin görüşün vaxtını və məkanını qarşı tərəf seçibsə və bu, müəyyən narahatlıq yaradırsa, həmin xərclərin ödənilməsi təklif edilə bilər. Görüşdən sonra qarşı tərəfin taksi xərcini ödəməyi təklif etmək qayğıkeşliyin göstəricisidir və bunu simpatiya qazanmaq cəhdi kimi qiymətləndirmək düzgün deyil.
Maliyyə ilə bağlı bütün məsələlər qarşılıqlı hörmət çərçivəsində və tərəflərin şəxsi sərhədlərinə müdaxilə edilmədən həll olunmalıdır".
Oxşar xəbərlər
Kompüter yaddaşının ömrünü uzatmağın yolu açıqlanıb
XDA nəşri kompüter yaddaşından daha səmərəli istifadə və onun ömrünü uzatmağın yollarını açıqlayıb. BAKU.WS xəbər verir ki, ən optimal həll SSD və HDD disklərin...