İlahiyyatçı gündəmi zəbt edən hadisədən DANIŞDI

Dəmrov xəstəliyindən əziyyət çəkən azyaşlının xəstəxana əvəzinə molla yanına aparılması geniş müzakirələrə səbəb olub. Müzakirənin əsas məğzi odur ki, valideyn uşağının dərdinə əlacı niyə dərmanda yox, duada görüb?
Baku TV məsələyə din xadimlərinin münasibətini öyrənməyə çalışıb.
İlahiyyatçı Tural İrfan hesab edir ki, bu, mövhumatdan və xurafatdan başqa bir şey deyil:
"Doğrudur, "Qurani-Kərim"də buyurulur ki, "Quran" bəzi xəstəliklərə şəfadır, ancaq burada konkret olaraq tibbi xəstəliklərdən söhbət getmir. Çünki "Quran" tibbi kitab deyil. O yazıda da nədən bəhs olunduğunu oxumaq olmur. Bəlkə də, oxunmasın deyə qarışıq yazıblar və yaxud da mənasız bir şeydir. Ərəb hərflərinə oxşasa da, cümlə heç bir mənanı ifadə etmir".
Ətraflı süjetdə:

Oxşar xəbərlər
Ana Toni: "Biz dünyanı miras aldığımızdan daha fəlakətli hala salan nəsilik"
Baku TV-nin "Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışının qonağı Braziliyanın iqlim dəyişikliyi üzrə katibi Ana Toni olub....