İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN-yə birləşdirilir? - Maliyyə Nazirliyi ciddi nöqsanlar AŞKARLAYIB

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin əməkdaşları qurumun sifarişi ilə həyata keçirilən satınalmalarda ciddi nöqsanlar aşkarlayıblar.
Məlum olub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda, 14 özəl tibb müəssisəsinə 2023-2024-cü illərdə cəmi 4 milyon 273.6 min manat vəsait ödəyib.
Bundan başqa, dövlət proqramları çərçivəsində dərman vasitələri Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınıb. Milyonlarla manatlıq tibbi təchizat kağız üzərində əksini tapsa da, təmin edilməyib. 2 milyon manat xərcin mənbəyi aşkarlanmayıb. Nazirliyin əməkdaşları gecə saatlarına qədər Agentlikdə və TƏBİB-ə daxil olan tibbi müəssisələrdə maliyyə hesabatlarını təşviq edirlər.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi gündəmə gəlib.
İddialara görə, yoxlamalar səbəbindən "Yeni Klinika"da Yeni Robotik Reabilitasiya Mərkəzinin açılışı da yubanır.
Oxşar xəbərlər
Həmişə aldanan bürclər
Astroloqların fikrincə, bəzi bürclər həddindən artıq etibarlı, ürəyi təmiz və sadəlövh olduqları üçün çox vaxt aldanırlar. BAKU.WS xəbər verir ki, onlar insanl...
