İbrahim Çelikkol İtaliyada mükafata layiq görüldü

İbrahim Çelikkol İtaliyada mükafata layiq görüldü
Foto
Digər 71

Məşhur aktyor İbrahim Çelikkol İtaliyada mükafata layiq görülüb. 
BAKU.WS xəbər verir ki, o "Venesiya Kino Mükfataları" mərasimində "Ən yaxşı beynəlxalq aktyor" nominasiyasında qalib olub. 
Mərasimdən əvvəl qırmızı xalıda yeriyən Çelikkol fanatlarının böyük sevgisi ilə qarşılanıb. O onlarla foto çəkdiərək, avtoqraf verib. Həmin anlar "Rai" kanalında canlı yayımlanıb. 
Aktyor çıxışı zamanı burada olmağı heç vaxt xəyal belə etmədiyini bildirib:
"Aktyorluğa ilk dəfə nə vaxt başladığımı soruşsanız, burada olmağı xəyal belə edə bilməzdim. Dəyişməyən bircə fakt var idi. Məni o dövrlərə aparan və dəyişməyən yeganə şey, sadəcə olaraq, səmimi halımda özüm olmaqdır... 17 yaşlı İbrahim belə idi, indiki İbrahim də, gələcək İbrahim də belə olacaq. . Bu gün məni burada layiq bildiyiniz bu mükafat mənim üçün həqiqətin və səmimiyyətin mükafatıdır. Məni buna layiq görən hamıya təşəkkür etmək istəyirəm".

İbrahim Çelikkol İtaliyada mükafata layiq görüldü

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər