Hər gün bir yumurta yeməyin orqanizmə inanılmaz FAYDALARI

Hər gün bir yumurta yeməyin orqanizmə inanılmaz FAYDALARI
Digər 86

Alman dietoloqlar müəyyən ediblər ki, gündə bir ədəd yumurta yemək - əgər insanda yüksək xolesterin və ya ciddi ürək-damar xəstəlikləri yoxdursa, qidalanmanın faydalı hissəsi ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "t-online" portalına məlumat yerləşdirilib.

Mütəxəssislərin sözlərinə görə, yumurta asan mənimsənilən zülal, A, B12, E və K vitaminləri, eləcə də sink və selen kimi minerallarla zəngindir. Bu maddələr immun sistemini gücləndirir, görmə qabiliyyətini, sümük və sinir sisteminin sağlamlığını dəstəkləyir, həmçinin əzələ kütləsinin formalaşmasına kömək edir.

Əvvəllər hesab olunurdu ki, hər gün yumurta yemək xolesterinin səviyyəsini artırır və ürəyə zərər verə bilər. Lakin müasir tədqiqatlar göstərir ki, sağlam insanlarda qida vasitəsilə qəbul edilən xolesterin qandakı səviyyəyə yalnız qismən - təxminən 15–20 faiz təsir edir. Qalan hissəni isə orqanizm özü istehsal edir.

Son xəbərlər