HƏMAS girov videosunu yayımladı: Amerika-İsrail vətəndaşı Tramp və Netanyahuya müraciət etdi

Fələstinin "Həmas" hərəkatı uzun fasilədən sonra Qəzza bölgəsində girov saxlanılan şəxslərdən birinin görüntülərini yayıb.
Bu barədə "Haber Global" xəbər verib.
Bildirilir ki, kadrlarda ABŞ-İsrail ikili vətəndaşlığı olan Edan Aleksandr həm İsrailin baş naziri Benyamin Netanyahuya, həm də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa müraciət edərək girovların azad edilməsi üçün danışıqlar aparılmasına çağırış edib.
20 yaşlı gənc göz yaşları içində çəkilmiş videoda deyir:
"Hörmətli cənab Tramp, mənim adım Edan Aleksandrdır. Mən amerikalı İsrail vətəndaşıyam və hazırda Qəzza zolağında girov saxlanılıram. Bir amerikalı olaraq həmişə ABŞ-nin gücünə inanmışam və indi sizə müraciət edirəm. Xahiş edirəm, bütün nüfuzunuzdan və imkanlarınızdan istifadə edərək azadlığımız üçün danışıqlar aparasınız".
Aleksandr mesajının sonunda ailəsinə səslənərək dözümlü olmağa çağırıb.
Girovun anası bildirib ki, oğlunun videomüraciətindən cəmi bir saat sonra baş nazir Netanyahu onlara zəng edib və girovların evlərinə qayıtması üçün əlindən gələni edəcəyinə söz verib.
Oxşar xəbərlər
310 kiloqram olan Barış Yıldırımın cənazəsi evdən bu formada çıxarıldı
Bir neçə gün əvvəl mədə əməliyyatı keçirən 310 kilo ağırlığındakı Barış Yıldırım dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, o infarktdan vəfat edib. Onun cansız...
