Həkim sağlam ürəyin bir neçə sirrini açıqladı
Rusiyalı dietoloq Karen Ansel ürək sağlamlığının bir neçə sirrini açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun tövsiyələri "EatingWell" jurnalında dərc olunub.
Həkim ilk növbədə qida rasionuna bitki mənşəli qidaları daxil etməyi tövsiyə edib. Buraya meyvələr, tərəvəzlər, qoz-fındıq, toxumlar və lobya daxildir. Bu qidalar doymuş yağla az, liflə zəngindir ki, bu da "pis" xolesterolu azaltmağa kömək edir.
Ansel həmçinin oturaq vaxtın azaldılmasını tövsiyə edib, çünki fiziki fəaliyyət ürəyi gücləndirməyə, iltihabı azaltmağa, qan təzyiqini və "pis" xolesterolu aşağı salmağa və "yaxşı" xolesterolu artırmağa kömək edir.
Dostlar və ailə ilə sosial vaxt keçirmək də ürək sağlamlığını təşviq edir. "Əgər hazırda sosial ünsiyyətdən məhrumsunuzsa, yaxınlarınızı ziyarət etməyə və ya yeni insanlarla tanış olmaq üçün yeni bir hobbi ilə məşğul olmağa çalışın. Yaxud ev heyvanı almağı düşünün. Tədqiqatlar göstərir ki, bu, yüksək qan təzyiqi və ürək xəstəliklərindən qoruya bilər", - deyə o vurğulayıbi.
Mütəxəssisin sözlərinə görə, qan şəkərini artıran içkilərdən və siqaretdən çəkinmək ürək sağlamlığı üçün də vacibdir.
Oxşar xəbərlər
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb. BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xə...