Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edib ki, yaş artdıqca beyin fəaliyyətinin zəifləməsinə səbəb olan müəyyən iltihabi göstəricilər narın tərkibindəki polifenollar sayəsində azalır.
Dietoloq xatırladıb ki, koqnitiv qabiliyyətlərin zəifləməsi adətən orta yaş dövründən başlayır. Buna görə də həmin yaşlardan etibarən narın gündəlik qida rasionuna daxil edilməsi məqsədəuyğun hesab olunur.
Qerys Fərhad əlavə edib ki, nar arterial təzyiqin sabitləşməsinə kömək edir, ürək-damar xəstəliklərinin və şəkərli diabetin yaranma riskini azalda bilər.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...