Həkim qorxusu səbəbindən dişləri tökülən şəxs 25 min funt ödəyəcək

Londonda yaşayan Macarıstan əsilli Lajos Csendes, illərlə diş həkimi fobiyası səbəbindən müalicədən yayınması nəticəsində demək olar ki, bütün dişlərini itirib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, 31 yaşlı çiçəkçi hətta çörək dişlədikdə belə dişlərinin qırıldığını bildirir. Ancaq qorxusu səbəbindən son yeddi ildə diş həkiminə müraciət etməyib və hazırda yalnız ön və ağıl dişləri qalıb.
2024-cü ildə infeksiyanın qan dövranına yayılması və ürəyə təsir etmə riski onu müalicəyə məcbur edib. Csendes diş həkimi qorxusu olan xəstələr üçün xüsusi müalicə təklif edən bir klinikaya müraciət edib.
Dişlərini və üz sümüyünü yenidən bərpa etmək üçün 20-25 min funt sterlinq xərclənəcək. Müalicə zamanı metal vintlər yerləşdirilərək çənə quruluşu düzəldiləcək.
Csendes diş problemi səbəbindən özünəinamının sarsıldığını və insanların onu mühakimə etdiyini hiss etdiyini bildirir.
O, müalicə üçün ianə kampaniyası başladıb və yenidən rahat şəkildə gülümsəyə biləcəyinə inanır.
Oxşar xəbərlər
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...
