Həkim infarktın ilk siqnalını açıqladı

Rusiyalı kardioloq Yevgeniya Boqayevskaya ürək-damar xəstəliklərinin erkən əlaməti olan stenokardiyanı vaxtında tanımağın vacibliyinə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, bu barədə müsahibəsində ətraflı danışıb.
Boqayevskayanın sözlərinə görə, stenokardiya sinədə sıxıcı və ya basqı xarakterli ağrılarla özünü göstərir. Bu ağrılar sol qola, çiyinə, boğaza və ya alt çənəyə vura bilər. Adətən bu narahatlıq 15 dəqiqədən artıq çəkmir və nəfəs darlığı, hava çatışmazlığı hissi ilə müşayiət olunur.
"Stenokardiyaya bəzən 'sinə qurbağası' da deyirlər – çünki döş sümüyü arxasında sıxılma hissi yaranır və nəfəs almaq çətinləşir", – deyə həkim izah edib.
Kardioloq qeyd edib ki, stenokardiya yalnız ağrı və narahatlıq deyil, həm də infarkt da daxil olmaqla, daha ciddi ürək problemlərinin ilk xəbərçisidir.
O, həmçinin stenokardiya riski yüksək olan insan qruplarını sadalayıb:
– yaşlı insanlar,
– yüksək qan təzyiqindən əziyyət çəkənlər,
– piylənmə və şəkərli diabeti olanlar,
– siqaret çəkənlər,
– yüksək nəbzə malik olanlar və hərəkətsiz həyat tərzi sürənlər.
Oxşar xəbərlər
Tezliklə varlanacağı proqnozlaşdırılan bürclər
Astroloqların rəyinə görə, yaxın aylarda bəzi bürclərin maliyyə ulduzları parlayacaq. Qismət, zəhmət və düzgün qərarlarla dəstəklənən bu bürclər üçün sürətli yü...