Hava limanında saxlanılan şəxsdə tarantul tapıldı

Hava limanında saxlanılan şəxsdə tarantul tapıldı
Digər 528

Peru rəsmiləri yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkədən çıxmağa çalışdığı iddia edilən Cənubi Koreyadan olan şəxsi hava limanında saxlayıb.

BAKU.WS "Washington Post"a istinadən xəbər verir ki, adı açıqlanmayan 28 yaşlı şəxs Peru Beynəlxalq Hava Limanından 8 noyabrda təyyarəyə minərək öz ölkəsinə qayıtmağa çalışıb.

Təhlükəsizlik yoxlamaları zamanı işçilər onun qarnının şişkin olduğunu görüblər.

Həmin şəxsdən köynəyini qaldırmağı tələb ediblər.

Yoxlama zamanı məlum olub ki, həmin şəxsin bədəninə kəmər vasitəsilə onlarla plastik qab bağlanıb. Bu qablardan ümumilikdə 35 yetkin tarantula, 285 cavan tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.

Rəsmilər bütün heyvanların Perunun Amazon bölgəsinə məxsus olduğunu və tarantulaların nəsli kəsilməkdə olan canlılar siyahısında yer aldığını bildiriblər.

Fransada tranzit edərək Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb.

Saxlanılan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.

Peru Milli Meşə və Vəhşi Təbiət İdarəsinin əməkdaşı Valter Silva bildirib ki, saxlanılan heyvanlar milyonlarla dollar dəyərində olan qlobal qanunsuz vəhşi təbiət ticarətinin bir hissəsidir.

Oxşar xəbərlər

İyun ayında şanslı Bürclər hansılardır?

İyun ayında şanslı Bürclər hansılardır?

Yay təkcə tətil, parlaq günəş və dondurma vaxtı deyil, həm də ürəyin hisslərə açıq olduğu vaxtdır. Astroloqlar əmindirlər: 2025-ci ilin iyun ayı romantika dalğa...

72 Digər 23:59 04 iyun 2025

Son xəbərlər