Hansı miqdarda pivə içmək zərərsizdir?
Məşhur miflərin əksinə olaraq, pivənin təhlükəsiz dozası yoxdur.
BAKU.WS xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında rusiyalı psixiatr-narkoloq Ruslan İsayev deyib.
O bildirib ki, sağlamlıq riskləri hər hansı bir spirtli içkinin ilk damlası ilə birgə gəlir:
"Cəmiyyət digər spirt növləri ilə müqayisədə pivə içməkdə daha rahatdır. Lakin ondan asılılıq hər hansı digər spirtli içki ilə eyni şəkildə formalaşır".
İsayev əlavə edib ki, pivə, kişilərin hormonal balansını pozan qadın hormonu estrogeninin tərkibinə görə olduqca zərərli ola bilər. Həkim bu içkini içməyin digər mənfi nəticələri kimi maddələr mübadiləsinin pozulması, daxili orqanların patologiyaları, piylənmə, sonsuzluğu sadalayıb.
"Uzun illərdir ki, spirtin "təhlükəsiz" dozaları hesablanır. Məsələn, bu yaxınlarda tamamilə sağlam bir yetkin üçün həftədə 150 mililitr araq və ya kişilər üçün 1,2 litr pivə, 75 mililitr araq və qadınlar üçün 600 mililitr pivə dozası zərərsiz hesab edildi. Lakin son araşdırmalarda ÜST belə qənaətə gəlir: alkoqol istehlakının sağlamlıq üçün təhlükəsiz səviyyəsi yoxdur", - narkoloq vurğulayıb.
Oxşar xəbərlər
Ən çox bu sahədə işləyənlər beyin qansızmasından ölür - Nə etmək lazımdır?
Ötən il Sumqayıtda marketdə çalışan qadın iş yerində ölmüşdü. Belə ki, 1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yeri...