"Haber Global": "Yunanıstan mətbuatı öz bazasını ABŞ bazası kimi təqdim etdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Haber Global" telekanalında Yunanıstan mətbuatının ABŞ Prezidenti Donald Trampın Dədəağac (Aleksandrupolis) liman şəhərindəki hərbi bazanı bağlamaq qərarına gəldiyinə dair iddiası ətrafında müzakirələr aparılıb.
Süjetdə bildirilir ki, ABŞ hökuməti Dədəağac bazasının fəaliyyətinin davam edib-etməyəcəyinin zəruriliyi barədə araşdırmaya başlayıb. Bazanın Qərb silahlarının Ukraynaya tədarük etmək üçün istifadə edildiyi vurğulanıb. Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bu hərbi baza lazım olmayacaq.
Telekanalın süjetində həmçinin Dədəağac bazasının Yunanıstana məxsus olduğu halda, onu ABŞ bazası kimi təqdim edilməsinin təəccüb doğurduğu bildirilir. Yunanıstan mətbuatının sözügedən iddiasının ABŞ-də çaşqınlıq yaratdığı deyilir.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu
Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edə...