Günəşdə baş verən ən güclü partlayışdan sonra Yerdə hansı dəyişikliklər olacaq?

Günəşdə baş verən ən güclü partlayışdan sonra Yerdə hansı dəyişikliklər olacaq?
Digər 100

Gecə saatlarında baş verən ən yüksək səviyyəli Günəş alışmasından (partlaması) sonra Yer istiqamətində plazma atılımı qeydə alınmayıb.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Fizika İnstitutu məlumat yayıb.

"Yer üçün ciddi nəticələr istisna edilir. Partlayış çox güman ki, Günəş atmosferinin dərin qatlarında baş verib və güclü maqnit sahələri tərəfindən demək olar ki, tam şəkildə ekranlaşdırılıb. Yer istiqamətində plazma kütləsinin birbaşa atılması qeydə alınmayıb.

Kütlə atılmasının cüzi əlamətləri yalnız Günəşin sağ kənarında müşahidə olunub və bu axınlar Yerə əks istiqamətdə yönəlib," – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, daha əvvəl Tətbiqi Geofizika İnstitutu da 18 iyun gecəsi X1.2 sinfinə aid Günəş alışmasının baş verdiyini TASS agentliyinə təsdiqləmişdi.

Son xəbərlər