Gündə neçə dəfə tualetə getmək lazımdır? - Ekspert AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Çikaqo Universitetinin Sistem Biologiyası İnstitutundan bioloq Sin Gibbons deyib ki, normal olaraq insane gündə 1 yaxud 2 dəfə tualetə gedə bilər.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Gibbons keçən il hər hansı bir pozuntunun sağlamlıq üçün mənfi nəticələri olduğunu göstərən bir araşdırma üzərində işlədiyini söyləyib. O izah edib ki, nəcis bağırsaqlarda uzun müddət qalarsa, adətən lifi parçalayan mikroblar zülalları parçalamağa başlayır.
Nəticədə zərərli toksinlər əmələ gəlir, sonra qan dövranına daxil olur. "Hətta sağlam insanlarda qəbizlik bu toksinlərin səviyyəsini artırır" deyə ekspert bildirib.
Gibbons əlavə edib ki, ishal da orqanizmə mənfi təsir göstərir. Onun sözlərinə görə, defekasiya istəyi gündə üç dəfədən çox olarsa, iltihab əlamətləri və qaraciyərin zədələnməsi ortaya çıxar. Bioloqun sözlərinə görə, ishal artıq miqdarda öd turşusu istehsal edir, qaraciyər normal olaraq onları pəhriz yağlarını həll etmək və udmaq üçün emal edir.
Oxşar xəbərlər
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən tikinti şirkətinin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb o...