Güclü külək, aramsız yağış, daşqın və fırtına - Amerikalı alimlərdən dəhşətli proqnozlar

Güclü külək, aramsız yağış, daşqın və fırtına - Amerikalı alimlərdən dəhşətli proqnozlar
Digər 122

Alimlər 1940–2025-ci illər arasında Şimali-şərq bölgəsində baş verən fırtınaların məlumatlarını təhlil edərək qorxunc nəticələr əldə ediblər.

BAKU.WS xəbər verir ki, amerikalı alimlərin yeni araşdırmalarına görə, qlobal istiləşmə ABŞ-da fırtınaları getdikcə daha dağıdıcı hala gətirir.

Siklonların hərəkət trayektoriyasını izləyən alqoritmlərdən istifadə edən mütəxəssislər 900 fırtınanı analiz ediblər və müəyyən ediblər ki, ən güclü fırtınalarda maksimum külək sürəti 6% artıb.

Pensilvaniya Universitetinin klimatoloqu Maykl Mann bu artımın fırtınaların dağıdıcılıq gücünün 20% çoxalması demək olduğunu bildirib.

Bundan əlavə, yağıntıların miqdarında da 10%-lik artım qeydə alınıb ki, bu da daşqın riskini artırır. Bu riskin nəticələri artıq ölkənin bir çox bölgəsində hiss olunmağa başlayıb.

Alimlər xəbərdarlıq edirlər ki, ABŞ yaxın zamanda növbəti "əsrin fırtınası" ilə üz-üzə qala bilər. Belə sonuncu güclü təbiət hadisəsi 1993-cü ilin martında baş verib – o zaman küləyin sürəti saatda 100 milə (təxminən 45 m/s) çatmış və 200 nəfərin həyatına son qoymuşdu.

Son xəbərlər