Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ilə bağlı müsabiqəyə 13 əsər təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin hazırlanması ilə bağlı açıq müsabiqəyə 13 əsər təqdim olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, abidənin Səbail rayonunda Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı funikulyoru ilə üzbəüz yaşayış binasının yaxınlığındakı parkda qoyulması nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il oktyabrın 8-də görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyi bu məqsədlə Bakı şəhərində ucaldılacaq abidənin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...