"Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub
Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin "Google for Education" üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan "Google for Education" alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.
— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) May 18, 2026
Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil… pic.twitter.com/gZaS4RQwQA
Oxşar xəbərlər
Yeni mövsümdə varlanacaq bürclər
Payız mövsümü bəzi bürclər üçün maliyyə baxımından daha uğurlu keçə bilər. Astroloji proqnozlara görə, yeni mövsümdə pul qazanmaq, yeni iş imkanları əldə etmək...