Gizli şəkər təhlükəsi – gündəlik qidada şəkəri necə tanıyaq?

Həkimlər xəbərdarlıq edir ki, gündəlik qəbul etdiyimiz şəkərin böyük hissəsi gözə görünməyən, yəni "gizli" formada qidalara əlavə olunur. İnsanlar çox zaman yalnız çaya və ya şirniyyata qatılan şəkəri nəzərə alsalar da, əslində, qəbul edilən şəkərin əsas mənbəyi hazır qidalar olur.
BAKU.WS xəbər verir ki, xüsusilə hazır souslar, qazlı və enerji içkiləri, "diet" etiketli məhsullar, səhər dənli qarışıqları və hətta bəzi qatıq növləri yüksək miqdarda şəkər ehtiva edir. Dietoloqların sözlərinə görə, məhsulun etiketində "glükoza siropu", "fruktoza", "saxaroza", "maltodekstrin" kimi ifadələr yer alırsa, bu, həmin məhsulun şəkər tərkibinin yüksək olduğunu göstərir.
Mütəxəssislər artıq şəkər qəbulunun piylənmə, 2-ci tip şəkərli diabet, diş çürüməsi və ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri olduğunu bildirir. Bundan əlavə, yüksək şəkər istifadəsi immun sistemini zəiflədir və orqanizmdə xroniki iltihab proseslərini gücləndirir.
Həkimlərin tövsiyəsinə görə, gündəlik şəkər istifadəsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normanı – təxminən 25 qramı – keçməməlidir. Şəkərin miqdarını azaltmaq üçün təbii məhsullara üstünlük vermək, etiketləri diqqətlə oxumaq və "şəkərsiz" görünən qidaların da tərkibini yoxlamaq vacibdir.
Oxşar xəbərlər
Sosial şəbəkə detoksu – 7 gündə həyatın necə dəyişir?
Son illərdə "detoks" anlayışı yalnız qidalanma ilə məhdudlaşmır. Artıq bir çox insan sosial şəbəkələrdən müəyyən müddətlik uzaq qalaraq "rəqəmsal detoks" tətbiq...
