Ermənistanda zavod rəhbərliyi tətildə iştirak etdiklərinə görə 8 əməkdaşını işdən qovub

Ermənistanda zavod rəhbərliyi tətildə iştirak etdiklərinə görə 8 əməkdaşını işdən qovub
Digər 89

Ermənistanın Zəngəzur mis-molibden kombinatının (ZMMK) rəhbərliyi bir neçə gündür davam edən qanunsuz tətildən sonra 8 əməkdaşını işdən çıxarıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu qərar ölkənin Əmək Məcəlləsinə uyğun olaraq qəbul edilib, çünki işçilərin bu hərəkətləri təxribatdır. Şirkət hələ də işdən çıxarılmamış, lakin işə gəlməməyə davam edən işçilərə iş öhdəliklərini yerinə yetirməyə başlamaq imkanı təklif edir.

Şirkətin açıqlamasında deyilib ki, bir həftədən artıqdır bir qrup işçi (zavodda işləyən təxminən 4,6 min nəfərdən 200 nəfəri) icazəsiz işə çıxmaqdan imtina edir, etiraz aksiyaları keçirir və zavodun fəaliyyətinə mane olur.

Onlara ZMMK ilə heç bir əlaqəsi olmayan bir qrup vətəndaş da qoşulub.

İşçilərin bəzilərinin etirazları zavoda gündəlik 400 milyon dram (təxminən 1 milyon ABŞ dolları), ölkənin büdcəsinə isə 100 milyon drama (təxminən 250 min ABŞ dollarına) başa gəlir.

Oxşar xəbərlər

Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. BAKU.WS...

11 Digər 17:41 06 dekabr 2025

Son xəbərlər