Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Nestle" şirkətinin "NAN" markalı 9.7 ton həcmində uşaq qidası partiyası Ermənistanda təhlükəli hesab olunaraq məhv edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb Rusiyadan alınan laboratoriya ekspertizasının nəticələrinə əsasən, uşaq qidası üçün tez həllolunan quru süd və süd turşusu qarışıqlarının partiyalarında təhlükəli toksinin olma ehtimalıdır.
Xatırladaq ki, daha əvvəl "Nestle" 25 ölkədə uşaq qidasının bir neçə partiyasının, o cümlədən SMA, BEBA və NAN uşaq qarışıqlarının geri çağırıldığını elan etmişdi.
Buna səbəb onlarda zərərli bakteriyaların, ürəkbulanma və qusmaya səbəb olan toksinin olma ehtimalıdır.
Oxşar xəbərlər
2027-ci ildə dünyanı nələr gözləyir? - Ekstrasenslərin proqnozları, alimlərin gözləntiləri
2027-ci il dünyada hansı hadisələrlə yadda qala bilər? Ekstrasenslər gələcəklə bağlı hansı proqnozları verirlər, alimlər isə bəşəriyyət üçün hansı yeniliklər ha...