Ermənistanda məhkəmə yepiskop Mkrtıç Proşyanın ev dustaqlığını ləğv edib
Ermənistanda məhkəmə katolikos II Qareginin qardaşı oğlu, yepiskop Mkrtıç Proşyanın ev dustaqlığını ləğv edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Məlumata görə, yepiskop barəsində inzibati nəzarət və ölkədən çıxmama barədə iltizam seçilib.
Proşyana həmçinin yeparxiyanın din xadimləri və cinayət işinin digər iştirakçıları ilə ünsiyyət qadağan edilib. O, yeparxiyanın iqamətgahını ziyarət edə bilməz.
Qeyd edək ki, 2025-ci il oktyabrın 15-də hüquq-mühafizə orqanlarının əməkdaşları Proşyanın evində axtarış aparıblar, bundan sonra o həbs olunub. Yepiskopdan başqa, Araqatsotn yeparxiyasının keşişləri də polis bölmələrinə aparılıb. Sonradan üç nəfər - Proşyan, Muğni kəndindəki məbədin keşişi Qaregin Arsenyan və mühasib Naira Alaverdyan həbs ediliblər. Onlara, xüsusilə "keşişləri mitinqlərdə iştiraka məcburetmə" və "əmlak mənimsəmə"də ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xocalıda Torpaq çərşənbəsi qeyd olunub
Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərp...