Ermənistan və Moldova Avropaya inteqrasiya məsələlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixail Popşoy Lüksemburqa işgüzar səfər zamanı Avropaya inteqrasiya məsələlərini müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Tərəflər qarşılıqlı səfərlər və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın intensivləşdirilməsi vasitəsilə ikitərəfli tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Mirzoyan və Popşoy Avropaya inteqrasiya məsələlərini müzakirə edərək, müvafiq sənədlərin effektiv həyata keçirilməsində ən yaxşı təcrübələri bölüşməyə hazır olduqlarını vurğulayıblar. Moldova Baş nazirinin müavini hibrid təhdidlər və dezinformasiya ilə mübarizə, habelə bu məqsədlər üçün institutların potensialının gücləndirilməsi daxil olmaqla, ölkəsinin seçki təcrübəsini bölüşüb.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...