Ən çox bu sahədə işləyənlər beyin qansızmasından ölür - Nə etmək lazımdır?
Ötən il Sumqayıtda marketdə çalışan qadın iş yerində ölmüşdü. Belə ki, 1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib.
O hadisə yerindəcə keçinib. Qeyd edək ki, bu tipli hadisələr ötən il ərzində kifayət qədər baş verib.
Statistikaya görə, ötən illərə nisbətən 2024 və 2025-ci illərdə iş yerində ölənlərin sayı 4 dəfə artıb.
Bu ölümlərin içində bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı çox olsa da, sakit iş prosesində vəfat edənlər də kifayət qədərdir.
Bu gün ölkədə çox narahat edici və aktual bir mövzu insanların iş yerlərində xəstələnməsi, hətta iş prosesi zamanı ölməsidir.
Həkimlərin araşdırmalarına görə, ölüm halları ən çox ürək tutması və beyinə qansızması nəticəsində baş verib.
Ürək tutması ilə bağlı müzakirələr aparılsa da, beyin qansızmalarının artması məsələsi hələ də cəmiyyətdə izah olunmur.
Hansı peşə sahibləri beyin problemlərini daha risklidir?
Bu və digər məsələlərə cavab tapmaq üçün Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Mehman oğlu Məmmədova müraciət etdik.
Həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, ən çox risk daşıyan peşə qruplarından oturaq həyat tərzi keçirən insanlardır.
"Bunlar - mühasiblərdir, kompüter sahəsində çalışanlardır. Yəni, bunlar daima oturaq işlədiyinə görə, bunların qan dövranı zəifləyir. Bundan başqa, həkimlər, xüsusən də cərrahlar da bu risk qrupuna daxildirlər.
Cərrahlar böyük məhsuliyyət, stress altına girirlər. Növbəsiz çalışırlar, yuxu yatmırlar, fasiləsiz işləmək, yuxu problemi olmağı, onlar da yəni gətirib infaktlara, beyin qansızmalarına gətirib çıxara bilir.
Digər təcili yardım mütəxəssisləri yəni bunlar da gecə işləyir, yuxusuz qalır və hər bir vızıvlarda bir stress çəkir, bir gərginlik olur. Yəni, bunlar beyin qanamalarına gətirib çıxara bilir.
Bir də sahələr var polislər, bir də ixtisas sahələr sahələr ola bilər. Növbəli işləyənlər, ən çox mən aid edirəm oturaq həyat tərzi görən insanlarda.
Bunun üçün mütləq şəkildə aktiv həyat seçmək lazımdır. Ofis işçiləri mütamadi, hərəkətlər eləməlidir, yeməklərindən fikir verməlidir", - deyə həkim bildirib.
Vüsal Məmmədov belə işçilərə beyin üçün qidalandırıcı qidalardan istifadə etməyi tövsiyyə edir:
"Ən başda balıq və balıq məhsulları dayanır. Çərəzlər, qoz, badam xüsusi rol oynayır. Sonra gilə meyvələr, digər meyvələrdən alma limon, portağaldır Bunların xeyri daha çoxdur. Zeytun yağının xeyri çoxdur.
Bizim bəzi insanlarımız xoşlamır, acıdır deyə yemir, amma acı şokoladın faydaları daha çoxdur.
Acı şokolad beyin qan dövranını sürətləndirir, yaddaşı, əhval ruhiyyəni gücləndirir, diqqəti artırır. Mən özüm də ara sıra, yəni gündə 1-2 kusok istifadə edirəm".
Ziya SƏCCAD
Oxşar xəbərlər
İcra başçısı ƏMR İMZALADI: Vəzifəli şəxslərlə bağlı KADR İSLAHATLARI aparıldı - ADLAR
Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib. BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Nat...