Əbdüləziz Əbdürəhmanov: "Özbəkistan və Azərbaycan arasında yeni "aviakörpü" açılıb"

Əbdüləziz Əbdürəhmanov: Özbəkistan və Azərbaycan arasında yeni aviakörpü açılıb
Digər 79

"Centrum Air" aviaşirkətinin bu gündən həyata keçirdiyi Bakı–Daşkənd marşrutu üzrə reysi Özbəkistan və Azərbaycan xalqları arasında yeni körpü olacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Centrum Air" aviaşirkətinin təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı-Daşkənd birbaşa reysinin iki ölkə arasında əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib:

"Özbəkistan və Azərbaycan arasında yalnız iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı-Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq".

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsinə daxildir. "Centrum Air"in bu xəttə qoşulması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.

Oxşar xəbərlər

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...

89 Digər 21:44 10 yanvar 2026

Son xəbərlər