Dünyanın ən gözəl insanı bəlli oldu

Dünyanın ən gözəl insanı bəlli oldu
Foto
Digər 2171

Dünyanın ən gözəl insanı Hollivud aktrisası Demi Mur seçilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Ən gözəl insan" reytinqi hər il "People" jurnalı tərəfindən dərc edilir.

Bu il nəşrin redaksiyası 62 yaşlı Demi Muru planetin ən gözəl insanı elan etməklə kifayətlənməyib, həm də onunla gözəllik və aktyorluq karyerası haqqında söhbət aparıb. Ekran ulduzu bildirib ki, əldə etdiyi ən böyük azadlıq özünü tam şəkildə olduğu kimi qəbul etməsindədir.

"Bu, kim olduğumu hər gün qəbul etmək hissidir. Bu o demək deyil ki, mənə xoş gələn hissələri qəbul edirəm. Bu o deməkdir ki, mən özümün bütün hissələrini qəbul edirəm", - deyə Mur vurğulayıb və yaşla birlikdə görünüşündə baş verən bütün dəyişiklikləri qəbullandığını əlavə edib.

Qeyd edək ki, "People" jurnalı hər il "İlin ən gözəl insanı" xüsusi buraxılışı hazırlayır. Əvvəlki illərdə jurnalın üz qabığında Culiya Roberts, Mişel Pfayffer, Sofiya Verqara, Sindi Krouford, Codi Foster, Meq Rayan, Mel Gibson, Kortni Koks, Tom Kruz, Leonardo DiKaprio, Nikol Kidman, Beyonse kimi ulduzlar yer alıblar.

Dünyanın ən gözəl insanı bəlli oldu

Oxşar xəbərlər

Rza Zərrabın həyatı film olacaq

Rza Zərrabın həyatı film olacaq

İranlı iş adamı Rza Zərrabla bağlı yeni xəbər yayılıb.  BAKU.WS xəbər verir ki, adını Aron Qoldsmit olaraq dəyişən Zərrab "Netlix"lə müəyyən məbləğ qarşılığında...

177 Digər 16:35 17 sentyabr 2025

Son xəbərlər