DİM sədri: 700 bal toplamadığı üçün valideyn övladının nəticəsini yetərli saymır

Bəzən şagird yüksək nəticə göstərsə də, 700 bal toplamayıb deyə valideyn narazılıq edir.
BAKU.WS report-a istinadn xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
O bildirib ki, valideynlər öz məsuliyyətlərini uşaqların üstünə atmamalıdır:
"Valideyn uşağına motivasiya verməyi bacarmalıdır. İkinci məsələ isə ailənin uşaqdan gözləntisidir. Elə bil ki, ailənin hər bir gələcəyi imtahanın nəticəsindən asılıdır. Ola bilər ki, uşaq yüksək nəticə göstərib, amma 700 bal toplamayıb deyə valideyn narazıdır. Valideynlər məsuliyyətlərini yeniyetmələrin üzərinə atmamalıdır".
M.Abbaszadə qeyd edib ki, bəzi hallarda 300 bal toplayan uşaqdan valideyn həkim olmağı tələb edir:
"Bunu hansısa bir faciəyə çevirmək olmaz. Əmək bazarı hər gün dəyişir. Kənd təsərrüfatında elə ixtisaslar var ki, onlara tələbat daha yüksəkdir. Ola bilər ki, yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır. Buna baxmayaraq həmin ixtisasları seçənlər azdır. Ona görə də, düzgün seçim önəmlidir. Bu ixtisasları seçib əmək bazarında yer tutmaq daha asandır".
O əlavə edib ki, bu il qəbul üzrə 60 min plan yeri var və yaxşı nəticə göstərən hər kəs öz biliyinə uyğun ali məktəbə qəbul ala bilər.
Oxşar xəbərlər
Sabah 34 dərəcə isti olacaq
Azərbaycanda iyunun 19-da havanın yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib k...
