Dəmir kimi möhkəm olan dəmirağacın inanılmaz sirri nədir?

Dəmirağac Azərbaycanın cənub bölgələrində bitən nadir ağacdır. "Qırmızı Kitab"a düşən bu ağac dəmir kimi möhkəmdir və başqa ağaclardan fərqli olaraq suda batır.
Mütəxəssis İslam Vəliyevin sözlərinə görə, dəmirağac öz sinfindən olan ağaclarla yanaşı, digər növ ağacların budaqları ilə də bitişə bilir.
"Bu ağacın iki növü var. Bir növünün gövdəsi düz, digərinin isə əyri olur. Düz gövdəli növündən bel, balta və s. düzəldilməsində istifadə edilir", - deyə o bildirib.
İ.Vəliyev deyir ki, dəmirağac istiyə və soyuğa davamlıdır. "Bu ağac yaş olanda yumşaq olduğu üçün kəsmək daha asandır, lakin quru olanda ona nə balta batır, nə də mişar", - deyə mütəxəssis qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Əncir kimlərə əks göstərişdir - Bu şəxslər isə ondan faydalana bilər
Əncir insanın qida rasionunda ən qədim meyvələrdən biri hesab olunur. Onun şirin dadı, yumşaq toxuması və zəngin tərkibi bu meyvəni həm təzə, həm də quru halda...
