Delfinlərin fitləri emosiyaları və gizli məlumatları daşıya bilər

Delfinlərin fitləri emosiyaları və gizli məlumatları daşıya bilər
Digər 46

Kvinslend Universitetinin alimləri delfinlərin fit səsləri ilə bağlı maraqlı nəticələrə gəlib. Araşdırma göstərib ki, delfinlər özünəməxsus "imza fitləri" ilə bir-birilərinə yalnız kimliklərini deyil, eyni zamanda emosional vəziyyətlərini, sosial mövqelərini və ətraf mühitlə bağlı vacib məlumatları da ötürə bilirlər.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Avstraliya sahillərində yaşayan Hind-Sakit okean delfinləri üzərində 2017–2018-ci illərdə aparılan müşahidələr nəticəsində bu fitlərin illər ərzində əsas strukturunu saxladığı, lakin müəyyən dəyişikliklərə məruz qaldığı müəyyən edilib. Mütəxəssislər bu dəyişikliklərin şüurlu şəkildə baş verdiyini düşünür və onların emosiyalarla yanaşı, sosial vəziyyəti ifadə edə biləcəyini bildirirlər. Erkək delfinlərin fitlərində daha çox variasiya müşahidə olunub.

Eyni zamanda, eyni qrupda olan bəzi delfinlərin oxşar fitlərdən istifadə etməsi onların kollektiv "qrup imzası" formalaşdırdıqlarını da göstərir. Araşdırmanın müəllifləri bu fitləri insan adlarından çox üz ifadələrinə bənzədir: yəni fitlər həm kimlik göstəricisi, həm də dəyişkən duyğu və kontekst siqnalları ola bilər.

Bununla yanaşı, alimlər dənizdə artan səs-küy çirklənməsinin delfinlərin bu incə ünsiyyət sisteminə zərər vurduğunu deyirlər. 

Oxşar xəbərlər

Xəyal gücünün həddi varmı? – Beyin bizim təsəvvür etdiyimizdən daha güclüdür

Xəyal gücünün həddi varmı? – Beyin bizim təsəvvür etdiyimizdən daha güclüdür

Alimlər insan beyninin təsəvvür və xəyal gücünün hüdudsuz potensiala malik olduğunu bildirirlər. Bəzi nevroloji araşdırmalara əsasən, beynin yaradıcı bölgələri,...

64 Digər 23:57 20 iyul 2025

Son xəbərlər