Davamlı tənqid altında yaşamaq insan düşüncəsinə necə təsir edir?

Davamlı tənqid altında yaşamaq insan düşüncəsinə necə təsir edir?
Digər 39

Mütəxəssislər bildirir ki, uzun müddət tənqidə məruz qalmaq insanın emosional vəziyyətinə və özünə olan münasibətinə ciddi təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, xüsusilə uşaq yaşlarından və ya yeniyetməlik dövründən davam edən tənqidlər insanın şəxsiyyət formalaşmasına mənfi təsir edir.

Psixoloqların sözlərinə görə, tənqid müəyyən həddə qədər inkişaf etdirici olsa da, davamlı və əsaslandırılmamış tənqid özgüvən itkisinə, öz dəyərini aşağı qiymətləndirməyə, hətta depressiya və anksiyeteye səbəb ola bilər.

Əgər bir insan hər addımında qınanır, etdiyi hər bir hərəkət neqativ reaksiyalarla qarşılanırsa, bu zaman o, bir müddət sonra öz bacarıqlarını və dəyərlərini sorğulamağa başlayır. Uşaq və gənc yaşda isə bu daha təhlükəlidir. Belə insanlar qərar verməkdə çətinlik çəkir, daim özlərini sübut etməyə çalışırlar və zamanla daxili gərginlik yaşayırlar.

Sosial mühitin və ailənin rolu

Psixoloqlar bildirirlər ki, ailə daxilində olan tənqidlər xüsusilə dağıdıcı ola bilər. Valideynlərin övladları ilə sərt, müqayisəli və tənqidi ünsiyyət qurması uşaqda "yetərsiz" hissi yaradır. İş mühitində və ya münasibətlərdə bu davranış forması təkrarlanarsa, şəxs özünə qapanır və sosial bacarıqlarını itirə bilər.

Tənqidi filtrdən keçirmək: Əgər tənqid konstruktivdirsə, ondan öyrənmək olar. Əsas odur ki, şəxsi deyil, davranışı hədəf alsın.

Özünü təsdiqləmə metodları: Jurnal yazmaq, nailiyyətləri qeyd etmək və kiçik məqsədlər qoymaq özgüvəni artırmağa kömək edir.

Uzunmüddətli mənfi emosiyalar və psixoloji sıxıntılar olduqda psixoloqa müraciət etmək tövsiyə olunur.

Son xəbərlər