Daşkənddə "Whispers of Wisdom" sənədli layihəsinin nümayişi keçirilib

Daşkənddə Whispers of Wisdom sənədli layihəsinin nümayişi keçirilib
Digər 4

Daşkənddə "Sevimli TV" telekanalının binasında "Whispers of Wisdom" ("Müdriklik pıçıltısı") sənədli layihəsinin nümayişi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət, kino və media nümayəndələri, o cümlədən azərbaycanlı jurnalistlər iştirak ediblər.

"Whispers of Wisdom" - Mərkəzi Asiyanın 10 görkəmli mütəfəkkirinə, aliminə və tarixi şəxsiyyətinə həsr olunmuş sənədli filmdir. Onların sırasında Məhəmməd əl-Xarəzmi, Əhməd əl-Fərqani, Əbu Reyhan əl-Biruni, İbn Sina (Avisenna), Əmir Teymur, Mirzə Uluqbəy, Əli Quşçu, Əlişir Nəvai, Kəmaləddin Behzad və Zəhirəddin Məhəmməd Babur var.

Layihəni səsləndirən dünyaca məşhur britaniyalı aktyor, "Oskar" mükafatı laureatı Ben Kinqslidir. Onun səsi regionun görkəmli nümayəndələrinin həyatı və irsi haqqında rəvayəti müşayiət edərək, mürəkkəb tarixi və elmi mövzuları beynəlxalq auditoriya üçün əlçatan edir.

Layihə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin sifarişi ilə yaradılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər