Bakıda və Abşeron yarımadasında yağış intensivləşib - FAKTİKİ HAVA
Bakıda və Abşeron yarımadasında dekabrın 2-si saat 13:00-a olan məlumata əsasən dünəndən müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.
*** 10:30
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Yaxında varlanacaq, həyatı tam dəyişəcək bürclər
2026-cı ildə yaxın zamanlarda həyatı dəyişə biləcək, maliyyə baxımından uğur üçün potensialı yüksək hesab edilən bəzi bürclər haqqında ümumi astroloji proqnoz v...