Dağıstanda yeddi il sahibinin məzarı üstündə yaşayan "Xatiko" öldü
Dağıstanın paytaxtı Mahaçqalada (Rusiya) yeddi il öz sahibinin məzarı üstündə yaşayan "Xatiko" ləqəbli pişik ölüb.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Usatıy-Polosatıy" heyvanlara yardım üzrə muxtar qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Heyvan baytarların köməyi ilə iki ay ərzində çox sayda ağır xəstəliklərlə mübarizə aparıb. Onun cəsədi Dağıstana gətirilərək sahibinin məzarında basdırılacaq.
Qeyd edək ki, Sankt-Peterburqdan olan heyvan hüquqları müdafiəçiləri yeddi il ərzində sahibinin qəbiristanlıqdakı məzarını tərk etməyən heyvanın taleyi ilə maraqlanıblar.
Onlar pişiyi tutublar və görüblər ki, heyvanın dişləri qırılıb, sətəlcəm inkişaf edib və qulaqlarında ağrılar var. Toplanan vəsaitlə "Xatiko" müalicəyə göndərilsə də, bu, uğursuz alınıb.
Oxşar xəbərlər
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qa...