Cütlüklər xərcləri necə bölüşdürür ?

Cütlüklər xərcləri necə bölüşdürür ?
Digər 27

Cütlüklərin maliyyə davranışları üzrə aparılan sorğular göstərir ki, respondentlərin təxminən 66%-i gəlirlərini partnyorundan gizlətmir və açıq maliyyə münasibətini üstün tutur. Lakin təxminən 30% şəxsi "gizli" saxlayır. Qadınlar kişilərdən bir qədər daha çox gizlədir: 33% və 25%. Bu vəsaitlər adətən şəxsi təhlükəsizlik və ya "öz üçün pul" məqsədilə yaradılır.

BAKU.WS xəbər verir ki, maliyyə vəsaitlərinin idarəsində cütlüklər daha çox partnyorlarına etibar edir: 40% kapitalı şəxsi hesabda saxlayır, 39% isə həyat yoldaşına verir. Uşaqlara və valideynlərə etibar isə nisbətən azdır.

Maliyyə rolları məsələsində cütlüklərin əksəriyyəti partnyor modelini seçir - 53% hesab edir ki, işləmək hər iki tərəfin vəzifəsidir. Tamamilə ayrı maliyyə aparan cütlüklər 15%-i, şəxsi hesab saxlayıb ümumi məqsədlərə yığanlar isə 18%-i təşkil edir.

Böyük alış-verişlərdə qərarlar adətən ortaq verilir, maliyyə münaqişələri isə daha çox yüksək gəlirli ailələrdə – aylıq gəliri yüksək olanlar arasında – baş verir.

Ekspertlər bildirir ki, gizli pul saxlamaq etibarsızlıqdan deyil, şəxsi təhlükəsizlikdən xəbər verir. Ümumi büdcə planlaması və açıq maliyyə müzakirələri isə cütlüklərdə harmoniyanı qorumağın əsas vasitəsidir.

Son xəbərlər