Coca-Cola uşaqlarda asılılıq yaratdığı üçün məhkəməyə verildi

Böyük ərzaq korporasiyaları o cümlədən Kraft Heinz, Coca-Cola, PepsiCo və Nestle, ABŞ-da daxil olmaqla, 11 iri qida şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, şirkətlər ultra emal olunmuş qidalar (UPF) istehsal edərək uşaqlarda asılılıq yaratmaqda ittiham olunurlar. İddialara görə, bu qidalar tütün şirkətlərinin 1980-ci illərdə istifadə etdiyi asılılıq yaratmaq strategiyalarından istifadə edərək istehsal olunub.
Morgan & Morgan hüquq firması Pensilvaniyadan olan 16 yaşlı Bryce Martinezin təmsilçisidir. O, 2-ci tip diabet və yağlı qaraciyər xəstəliyi ilə üzləşib. İddiaya görə, ultra emal olunmuş qidalar insan sağlamlığı üçün zərərli kimyəvi maddələr və əlavələrdən hazırlanır, bu da onları "sənaye imitasiya qidaları"na çevirir.
Hüquqşünaslar qida şirkətlərinin mənfəəti artırmaq məqsədilə sağlamlıq risklərini bilərəkdən gözardı etdiklərini bildirirlər. Şirkətlər həmçinin, bu qidaların təhlükələrini gizlədərək, uşaqlar üçün "təhlükəsiz" kimi təqdim edirlər. Araşdırmalar göstərir ki, UPF-lərin istifadəsi piylənmə, diabet, xərçəng və ruhi xəstəliklərlə əlaqələndirilir və amerikalı uşaqların 12%-də bu məhsullara aludəçilik əlamətləri müşahidə olunur.
Qida sənayesi nümayəndələri isə iddiaları rədd edərək öz fəaliyyətlərini qida təhlükəsizliyi və istehlakçıların ehtiyaclarını ödəməyə yönəltdiklərini vurğulayıblar.
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
