Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib
14
noy
2025
20:20
Cəlilabad rayonunda 70 ədəd "Şərq tuyası" ağacı əkilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində növbəti aksiya keçirilib.
Bu çərçivədə Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılıb, həmçinin boş qalmış sahələr dəqiqləşdirilib.
Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd "Şərq tuyası" ağacı əkilib.
Oxşar xəbərlər
Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən...