Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR
Foto
Digər 2526

Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

BAKU.WS xəbər verir ki, Oxu.Az imtahanda yüksək nəticə göstərmiş abituriyentlər barədə məlumat toplayıb.

Onlardan biri Orxan Fəxri oğlu Abdulsəmədlidir. Maksimum bal toplayan Orxan Şəkinin Orta Zəyzid Kənd 1 saylı tam orta məktəbinin şagirdidir.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Şəkidən maksimum nəticə göstərən digər şagird Məhəmməd Bahadır oğlu İsmayılovdur. Kimya-biologiya təmayüllü liseyin şagirdi olan Məhəmməd heç bir fəndən xüsusi olaraq hazırlığa getməyib.

Məhəmməd eyni zamanda, 2025-ci ildə kimya fənnindən RFO-nun final mərhələsində iştirak hüququ qazanıb.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Həlimə Emil qızı İbadzadə isə Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin yüksək nəticə göstərən şagirdidir.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

23 nəfər arasında digər lənkəranlı Fizuli İlqar oğlu Həsənovdur. Maksimum bal toplayan Fizuli Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın şagirdidir.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Maksimum nəticə göstərənlərdən digəri isə Ülkər Elşən qızı Ələkbərovadır. O, Bakının 192 saylı tam orta məktəbində təhsil alır.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bunlardan biri 91 saylı məktəbin şagirdi Şəhanə Ramil qızı Abbasovadır.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Buraxılış imtahanında Gülçin Kərimova da müvəffəqiyyət qazanıb. 300 bal toplayan Gülçin Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin şagirdidir.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Ömər Eltun oğlu Rəsulov da adını maksimum nəticə göstərən şagirdlərin siyahısına yazdırmağı bacarıb. O, Qəbələ rayon Qafur Şərifov adına Uludaş kənd tam orta məktəbin şagirdidir.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Həmin abituriyentlərdən biri də Tovuz Natiq qızı Seyidovadır. Tovuz Bakı şəhəri, 295 saylı orta məktəbdə təhsil alır.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Aişə Məmmədli də uğur qazan şagirdlər arasındadır. Maksimum nəticə göstərən 23 nəfərdən biri olan Aişə Sumqayıt şəhəri, 34 saylı orta məktəbdə təhsil alır.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəhim Dəyanət oğlu Fərəczadə də maksimum bal toplayanlar sırasındadır.

Buraxılış imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR

Qeyd edək ki, 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər