Bu meyvə depressiyadan qorunmağa kömək edə bilər - 20% azaldır

Bu meyvə depressiyadan qorunmağa kömək edə bilər - 20% azaldır
Foto
Digər 174

Portağal depressiyadan qorunmağa kömək edə bilər.

BAKU.WS xəbər verir ki, "Microbiome" jurnalında yayımlanan araşdırma nəticələrinə görə, gündə bir portağal  istehlakı depressiya riskini azalda bilər. Bu, sitrus meyvələrinin, serotoninin və dopaminin istehsalını təsir edən Faecalibacterium prausnitzii (F. prausnitzii) bakteriyalarının artmasına stimul verməsi ilə əlaqəli ola bilər.

Araşdırma 1989-cu ildə başlayan və əsasən qadınlar arasında xroniki xəstəliklərin risk faktorlarını araşdırmağa yönəlmiş Nurses' Health Study II (NHS2) adlı böyük bir layihə üzərində aparılıb. Bu layihə 100.000-dən çox qadını əhatə edir və hər iki ildən bir onların həyat tərzi, qidalanma, dərman istifadəsi və sağlamlıq vəziyyəti barədə məlumatlar toplanır.

Tədqiqatçılar müəyyən ediblər ki, gündə bir orta ölçülü apelsin yemək depressiya riskini təxminən 20% azaldır. Bu effekt ümumiyyətlə, sitrus meyvələri üçün xarakterikdir.

F. prausnitzii bakteriyalarının sayının depressiya ilə bağlı problemi olmayan insanlarda daha çox olduğunu müşahidə edilib. Araşdırma zamanı eyni nəticələrə kişilər arasında da rast gəlinib.

Oxşar xəbərlər

Çimərlik seçərkən nələrə diqqət edək?

Çimərlik seçərkən nələrə diqqət edək?

Yay aylarında dənizdə istirahət çoxları üçün sevimli məşğuliyyətdir, amma çimərlik seçərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir ki, istirahət həm təhlükə...

23 Digər 17:48 23 iyul 2025

Son xəbərlər