Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür

Bu gün Beynəlxalq Xoşbəxtlik Günü qeyd edilir.
BAKU.WS xəbər verir ki, BMT 2012-ci ildə martın 20-ni Beynəlxalq Xoşbəxtlik Günü (International Day of Happiness) elan edib.
Burada məqsəd xoşbəxtliyə can atmağın planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir.
Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub.
Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar.
BMT hər bir üzv dövlətə, beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımı qaydada qeyd etməyə çağırır.
Oxşar xəbərlər
Aprelin bəzi günləri ilə bağlı XƏBƏRDARLIQ - Vacib iş və məclisləri təxirə salın
Astrologiya maraqlı simvolik dildir və bir çox insan gündəlik həyat qərarlarında bürclərdən və planetlərin vəziyyətindən faydalanmağa çalışır. Aprel 2025-də bəz...
